Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar VİDEO FOTO


Siyasət 11 Apr 2021 12:38:00 104 0

Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar  VİDEO  FOTO

Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri Ağdam şəhər Cümə məscidində olublar.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla tanış olublar.

Qeyd edilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.


Xəbərə aid video