Sağlam və parlaq saçlar üçün bunları edin


Digərləri 11 Apr 2021 12:50:00 168 0

Sağlam və parlaq saçlar üçün bunları edin

Hər bir qadın sağlam və möhkəm saçlara sahib olmaq istəyir. Lakin bu bəzən gündəlik yaşayış şərtləri səbəbindən mümkün olmur. Gündə sadəcə bir neçə prosseduru həyata keçirməklə saçlarınızı daha sağlam və baxımlı edə bilərsiniz.

Son.az Axşam.az-a istinadən, həmin qaydaları təqdim edir:

1.Təbii qidaları balanslı şəkildə qəbul edin Parlaq saçlar daxildən düzgün qidalanma ilə başlayır. Buna görə də balanslı qida qəbul etdiyinizə mütləq əmin olmalısınız. Orqanizimdəki zülal miqdarı saçlar üçün keratin funksiyasını daşıyır. Zülalla zəngin qidaların istehlak edilməsi bədəndə təbii keratin istehsalını artırır.

2. Saçlarınızı isti suda və tez-tez yumaqdan çəkinin

Saça faydalı bir çox müalicə üsullarından istifadə etsəniz də, onu tez-tez yumağın vurduğu ziyanı və yüksək temperaturun yaratdığı zərərlərdən qoruya bilməzsiniz. Buna görə də mütəxəssislər bu vərdişdən çəkinməyi tövsiyyə edir. Saçlarınızı çox isti su ilə yuymaq onu parlaq və ipək kimi edən təbii yağları qurudur, eyni zamanda saç tellərini qırıq və zədələnmiş hala gətirir.

3. Müəyyən saç maskalarından istifadə edin

Dərinizə qulluq etdiyiniz kimi saçlarınıza da qulluq edin. Nəm saçlar üçün vacib amildir. Onun itirilməməsi üçün  tez-tez maskalar edin. Maskadan sonra saçınızı həmişə soyuq su ilə yuyun, bu onun hamar və ipək olmasına kömək edəcək.