Ermənistanda koronavirusdan ölənlərin sayı 3735 nəfərə çatıb


Dünya 11 Apr 2021 12:54:00 126 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 3735 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 202 817 nəfərə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha  650 nəfər COVİD-19-a yoluxub, 15 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3735 nəfərə çatıb. İndiyə qədər koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 952 nəfərdir.

Son.az