Flora Kərimovanın səhhətində problem yarandı: "Ürəyi dayanmışdı"


Şou-biznes 09 Apr 2021 15:54:00 138 0

Flora Kərimovanın səhhətində problem yarandı: "Ürəyi dayanmışdı"

Azərbaycanın Xalq artisti, canlı korifey Flora Kərimovanın səhhətində problem yaranıb.

Son.az xəbər veri ki, bu barədə news24.az-a Xalq artistinin yaxını Yaqut xanım məlumat verib. O bildirib ki, həm özü, həm də Flora Kərimovanın səhhətində problemlər yaşanır: "İkimizə də soyuq olub. Flora xanımın qabırğası da əzilib. Həftənin birinci günü ürəyi dayanmışdı. Həmin vaxt ürək masajı edəndə qabırğası zədələnib. Otura bilmir, uzana bilmir. Qabırğası ağrıyır. Özünü yaxşı hiss etmir. 2-3 həftəyə ancaq sağalar".