Əminədən Səidəyə cavab: "Valideynlərimə söyüb"


Şou-biznes 09 Apr 2021 15:44:00 182 0

Əminədən Səidəyə cavab: "Valideynlərimə söyüb"

Müğənni Əminə Şirin həmkarı Səidə Sultanın onunla bağlı dediklərinə cavab verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "MTV Azərbaycan"a açıqlamasında qarşı tərəfin onu qısqandığını iddia edib:

"Nə vaxt ki, sənətdə aktiv deyildim, onlarla münasibət çox gözəliydi. Vay o günə Əminə bir addım qabağa getdi... Artıq reaksiyaları göz qabağındadır. Hansı bölməyə gedib polisə şikayət etmişəm? Bir adam gəlsin çıxsın desin ki, necə şikayət etmişəm. Problemim olanda özüm həll etməyə çalışıram".

Əminə Səidə ilə aralarında yaşanan problemin səbəbini açıqlayıb. O bildirib ki, həmkarı onun valideynlərini təhqir edib:

"İllər əvvəl hansı ki, mənim çox dəstəyə ehtiyacım var idi. Qonşu telekanalların birində tanışlarımın dəstəyi ilə veriliş açmaq istədim. Bunların sayəsində o planım da baş tutmadı. Bu qız gəldi verilişə, canlı oxuduq. Daha sonra eşitdim ki, bu çəkiliş efirə getməyəcək. Bu hadisə 3 il əvvəl baş verib. Məni də başa düşmək lazımdır ki, əgər veriliş çəkirəmsə, bunun maddiyyatı var. Düşünmədi ki, bu qız da əziyyət çəkib. Bundan sonra aramızdakı münasibət pisləşdi. Çıxıb efirdə "Doli" oxumaq o demək deyil ki, yaxşı ifaçısan.

Yaxşı qız başa düşməlidir ki, telefonla zəng vurub valideyni təhqir etmək olmaz. Gəl çıx qarşıma, görüm üzümə valideyn söyüşü söyə bilərsən? Deyir ki, o da məni təhqir edərdi. Heç vaxt valideyn söyüşü qaytarmaram. Çünki mənim üçün müqəddəs deyilən bir şey var, o da ailə. O isə bunu dərk etməz. Gündəmə gəlmək üçün nənəsini efirə gətirib üzünə tüpürən adam onu başa düşməz. Valideynimi söyə bilməzsən, onlar mənim övladıma baxır. Onlar üçün ölümə gedərəm. Axıra kimi gedəydin də, niyə telefonu bağlayıb məni "qara siyahı"ya atdın? Gedərdin də axıra kimi... Özü üçün səhnədə obraz yaradıb, kişinin qızı "Doli" oxuyur. Valideyn söymək düzgün hərəkətdir? Özümü söyərdin. Sənə valideyn söyüşü söymərəm. Bir kəlmə dedim ki, yerini de, haradasan? Qarşıma bir də çıxma deyib, bağladın telefonu. Özü üçün ad götürüb ki, bakılıyam. Bakılı yox, göyçaylısan. Bütün bölgələrimizə can qurban. Amma sən yerini danma.

Deyir, tanışım getdi polisdə səsimə qulaq asdı. Sənin səsin məndə olsaydı, indi səsini yayıb səni biabır edərəm. Onun səsini mənə atıblar, telefonumda var. Dostlarım deyir ki, yay, o, olsa edərdi. Deyirəm, mən insanları açıq yerindən vurmaram. Yeyib-içdiyinə fikir vermir, beyninə təsir edir. Fikir versin yediklərinə".

Qeyd edək ki, Səidə Əminənin onu polisə şikayət etdiyini söyləyib.