Bir neçə general da divardan tullanaraq qaçıb


Dünya 09 Apr 2021 13:04:00 110 0

Bir neçə general da divardan tullanaraq qaçıb

Ermənistan Müdafiə Nazirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bir sıra erməni generallar divarın üzərindən tullanaraq nazirliyin binasından qaçıblar.

Son.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Mediaport" teleqram kanalı məlumat yayıb. Məlumata görə, erməni general Albert Mardoyan da qaçanlar arasındadır. Bundan öncə bildirilmişdi ki, itkin düşmüş erməni əsgərlərin yaxınları zəncir və avtomobillərlə Ermənistan MN-in binasının giriş və çıxışını bağlayıblar, Ermənistan hakimiyyətinin yalanlarından yorulduqlarını və övladlarını tələb etdiklərini bildiriblər. Daha sonra Ermənistan Müdafiə Nazirliyinə böyük sayda polis gətirilib və polislər çəkiliş etməyi qadağan ediblər.