Bayden ABŞın müdafiə xərclərini azaldacaq


Dünya 09 Apr 2021 12:54:00 112 0

Bayden ABŞın müdafiə xərclərini azaldacaq

ABŞ Prezidenti Co Bayden ölkənin hərbi büdcəsini sələfi Donald Trampın rəhbərliyi tərəfindən müəyyən edilən rəqəmdən 7 milyard ABŞ dolları məbləğində azaltmağı təklif edəcək.

Son.az virtualorq.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən xəbər yayıb.

Cümə günü (9 aprel - red.) Bayden, müdafiə daxil olmaqla dövlət xərcləri üçün təkliflər təqdim edəcək. Təklifə əsasən müdafiə xərcləri üçün 715 milyard ABŞ dolları nəzərdə tutulub. Halbuki Tramp 722 milyard ABŞ dolları təklif etmişdi. Bu, hərbi xərcləri azaltmaqda israr edən demokratların nümayəndələrinə doğru addım olacaq.

Ekspertlərin fikrincə, builki maliyyə büdcəsi uzun müddətdən bəri hərbi və digər xərclərə bölünməyəcək. Nəticədə ABŞ Konqresi müdafiə büdcəsini azaltmaq və başqa ehtiyaclara yönəltmək imkanı qazanacaq.