"ŞəfəqAsiman" qazı Türkiyə və ya Avropaya ixrac oluna bilər "Fitch Ratings"


Digərləri 09 Apr 2021 12:40:00 128 0

"ŞəfəqAsiman" qazı Türkiyə və ya Avropaya ixrac oluna bilər  "Fitch Ratings"

"Şəfəq-Asiman" strukturundan hasil olunan qazı Türkiyə və ya Avropaya ixrac etmək olar.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Fitch Ratings" agentliyindən bildiriblər.

Qeyd olunub ki, hələlik "Şəfəq-Asiman"ın istehsal potensialının necə olacağı məlum deyil, amma bu struktur "Cənub Qaz Dəhlizi" vasitəsilə tədarükün artırılması üçün istifadə oluna bilər.

Agentlikdən bildiriblər ki, daxili satışlar daha az rentabellidir, Azərbaycandakı hazırkı hasilat isə daxili qaz tələbatının təmin olunması üçün kifayətdir:

"Hələlik layihənin potensial rentabelliyini qiymətləndirmək mümkün deyil, çünki strukturun əsas parametrləri hələlik məlum deyil".