Boş təyyarə, "qəzəbli" ermənilər və olmayan "əsir"lər:


Siyasət 09 Apr 2021 12:27:00 75 0

Boş təyyarə, "qəzəbli" ermənilər və olmayan "əsir"lər:

İrəvandakı "Erebuni" aerportuna yığışmış onlarla, yüzlərlə erməni təyyarəni səbirsizliklə gözləyirdilər. Onlara demişdilər ki, "Azərbaycanda əsirlikdə olan erməni əsgərlər bu təyyarə ilə qaytaralıcaq".

Söhbət ötən ilin sentyabrın 27-də Ermənistanın hücumu ilə başlayıb noyabrın 8-da Ermənistanın tam məğlubiyyəti və kapitulyasiyası ilə başa çatmış 2-ci Qarabağ Müharibəsi bitəndən sonra İrəvandan Xankəndinə göndərilmiş hərbçilərin bir qismindən gedir.

Bu şəxslər heç bir vəchlə "hərbi əsir" sayıla bilməzlər və əsirlərlə davranışla bağlı 1949-cu ilin Cenevrə konvensiyası da onlara tətbiq edilmir.

Ermənilərsə inad edir, onları "hərbi əsir" sayır, beynəlxalq təşkilatlara və müxtəlif dövlətlərə müraciət edərək Bakıya təzyiqlər göstərilməsini, "əsirlər"in azadlığa buraxılmasını istəyirlər.

Bu gecə "Erebuni"yə yığışan da o "əsir"lərin ailə üzvləri və qohumları idilər.

Bakı yenə bəyan etdi: Onlar əsir deyil

"Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib"- deyə, nazir bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib:

"Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir".

Bəs onlar kimdir?

Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil.

Yəni bundan sonra Bakı İrəvana heç bir "hərbi əsir" verməyəcək.

Xatırladım ki, erməni hərbçilərinin Qarabağda rusiyalı sülhməramlıların operativ fəaliyyət ərazisindən kənarda yerləşdirilməsi və onların silahlı təxribatları nəticəsində 4 azərbaycanlı hərbçi həlak olub, bir mülki şəxs isə yaralanıb.

Müdafiə Nazirliyinin mühasirəsi

Dünən gecə "Erebuni" aerportuna yığışan ermənilər təyyarənin boş gəldiyini, daha doğrusu, uçaqdan sadəcə, Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenant Rüstəm Muradovun endiyini görəndə qeyzləniblər. "Hərbi əsir"lərin, yəni əslində Azərbaycan ərazisinə terror aktları və diversiyalar törətmək, hərbçilərimizlə dinc sakinlərimizi qətlə yetirmək üçün göndərilmiş erməni hərbçilərin ailə üzvləri və qohumları qışqırmağa, baş nazir Nikol Paşinyanı lənətləməyə başlayıblar. Əsəblər tarıma çəkilib, bir qədər keçib və kütlə Ermənistanın Müdafiə Nazirliynə tərəf hərəkət edib.

Qarabağda itkin düşmüş erməni hərbçilərin valideynləri nazirlik binasını mühasirəyə alaraq kimsəni nə içəri, nə də çölə buraxıblar. Aksiya səhərədək fasiləsiz davam edib.

Həmin valideynlər indi də nazirliyin önündədir. Aksiya dağılmayıb.

Bir neçə general hasardan aşaraq qaçıblar və xidməti avtomobillərə oturaraq olay yerini tərk ediblər.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan isə nazirliyi helikopterlərlə tərk edib.

Niyə belə oldu?

General-leytenant Rustəm Muradovun olduğu təyyarə İrəvana Bakıdan yox, Rostovdan gəlmişdi. Lakin təyyarənin Rostovdan əvvəl Bakıda olduğu deyilir.

İstənilən halda, həmin təyyarənin İrəvana "hərbi əsir"ləri çatdırmaması Ermənistanda böyük narazılığa səbəb olub. İrəvandakı kütləvi informasiya vasitələri isə proses başa çatmamış, təyyarə "Erebuni"də yerə enməmiş "əsirlər azad olundu, gətirilirlər" tipli xəbərlər yayaraq hadisələri qabaqlamağa çalışıblar.

Rəsmi İrəvan olayla bağlı hələlik heç bir açıqlama verməyib. Ermənilər isə sosial şəbəkələrdə kütləvi şəkildə narazılıq edir, Azərbaycana qarşı "sanksiyalar və cəzaların tətbiqi"ni tələb edirlər.

Rusiyadakı erməni diasporunun rəhbərlərinin nəzarətində olan Telegram kanalları isə ümumiyyətlə, "təyyarənin Bakıdan boş qayıtması" əməliyyatını Ermənistan üçün aşağılanma, rüsvayçılıq kimi qələmə verirlər.

Hətta rəsmi Bakını Rusiyaya qarşı "provokasiya"da, "yerinə yetirilməsi mümkünsüz şərtlər irəli sürmək"də suçlayırlar.

Klassik "Niyə belə oldu?" sualına cavab yetərincə sadədir.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə rəsmi Bakı tam əməl edir.

Həmin bəyanatın 8-ci bəndi isə Ermənistan rəhbərliyi və ermənilər mantra kimi təkrarlayır, "Bakı bu bəndə əməl etmir" deyirlər.

Sənədin 8-ci bəndində deyilir: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".

Noyabrın 10-dan sonra Ermənistandan Qarabağa göndərilən hərbçilər isə "əsir, girov və ya digər saxlanılan şəxs" kateqoriyasına şamil edilə bilməzlər. Onlar hərbi əməliyyatlar başa çatandan, müharibə bitəndən sonra Ermənistandan Azərbaycan ərazisinə göndəriliblər.

Bir dövlətin ərazisindən başqa dövlətin torpaqlarına keçən və ya keçirilən silahlı şəxslərin beynəlxalq hüquqda kimlər hesab olunması isə bəlli məsələdir.

Elçin Alıoğlu Son.az

Gender əsaslı zorakılıqla bağlı qaynar xəttə çoxsaylı müraciətlər daxil olur like
  • 09 Apr 12:19  
Digərləri Gender əsaslı zorakılıqla bağlı qaynar xəttə çoxsaylı müraciətlər daxil olur

Azərbaycanda gender əsaslı zorakılıqla bağlı qaynar xəttə bir ayda 40-a

arrow Ətraflı
Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb like
  • 09 Apr 12:16  
Digərləri Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb

Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb

arrow Ətraflı
55 yaşlı supermodeldən əsrarəngiz like
  • 09 Apr 12:14  
Şou-biznes 55 yaşlı supermodeldən əsrarəngiz

55 yaşı olmasına baxmayaraq öz gözəlliyi ilə hamını heyran qoyan britan

arrow Ətraflı
“Allah ona qənim olsun” like
  • 09 Apr 12:09  
Digərləri “Allah ona qənim olsun”

Xəbər verdiyimiz kimi, ötən gün millət vəkili Siyavuş Novruzov "Mus

arrow Ətraflı
Dövlət Əmək Müfəttişliyi son 3 ayda müəssisələrdə 302 qanun pozuntusu aşkarlayıb like
  • 09 Apr 12:08  
Digərləri Dövlət Əmək Müfəttişliyi son 3 ayda müəssisələrdə 302 qanun pozuntusu aşkarlayıb

Bu ilin 1-ci rübü ərzində Dövlət Əmək Müfəttişliyinə 3766 şikayət

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib  FOTO like
  • 09 Apr 12:06  
Siyasət Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Zəngilanda erməni vandallığı like
  • 09 Apr 12:04  
Digərləri Zəngilanda erməni vandallığı

Ermənilər işğal dövründə Zəngilanda təbiətə qarşı dəhşətli vanda

arrow Ətraflı
COVİDin yeni əlamətləri üzə çıxır like
  • 09 Apr 11:59  
Digərləri COVİDin yeni əlamətləri üzə çıxır

"COVİD hava damcı yolu ilə yoluxan bir infeksiya olduğu üçün yoluxan

arrow Ətraflı
Vaksin olunanların metrodan istifadəsinə şərait yaradılsın like
  • 09 Apr 11:57  
Digərləri Vaksin olunanların metrodan istifadəsinə şərait yaradılsın

Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vak

arrow Ətraflı
Bu ölkədə 85 min insan yoxa çıxıb like
  • 09 Apr 11:54  
Dünya Bu ölkədə 85 min insan yoxa çıxıb

Meksikada narkotik ticarəti ilə məşğul olan kartellər arasında 2006-cı i

arrow Ətraflı
Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə iki dəfə yüksəkdir like
  • 09 Apr 11:49  
Digərləri Rayonlarda kredit faizləri Bakı ilə müqayisədə iki dəfə yüksəkdir

Rayonlara həm daha az vəsait ayırırlar, həm də kreditləri yüksək faizl

arrow Ətraflı
Azərbaycan nefti yenidən bahalaşıb like
  • 09 Apr 11:44  
Dünya Azərbaycan nefti yenidən bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı