Ötən gün baş verən qəzalarda 3 nəfər ölüb


Digərləri 09 Apr 2021 10:34:00 160 0

Ötən gün baş verən qəzalarda 3 nəfər ölüb

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 37 cinayətin üstü "isti izlər"lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 34 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 23 nəfər saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.