"Rusiya tək vasitəçi olmaq niyyətindədirsə, bu məsələri həll etməlidir"


Siyasət 09 Apr 2021 09:49:00 76 0

"Rusiya tək vasitəçi olmaq niyyətindədirsə, bu məsələri həll etməlidir"

"Nikol Paşinyanın Moskvada Putinlə görüşünə birinci Ermənistanda rəsmi şəkildə təsdiq edilməmiş, amma elan olunmuş parlament seçkiləri konteksində baxmaq lazımdır. Hər bir halda Rusiya faktoru Ermənistanda həlledici olmasa da, çox mühümdür. Ermənistanda ictimai rəydə belə fikir var ki, Nikol Paşinyanın dövründə rəsmi İrəvanın Rusiya ilə münasibətləri korlandı və bu da öz növbəsində Rusiyanın 44 günlük müharibədə neytral olmasına səbəb oldu". 

Bunu Son.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Paşinyan Putinlə görüşündə Ermənistan ictimai rəyində əsas müzakirə mövzusu olan diversantlar məsələsini qabartdı:

"Paşinyanın Putinlə görüşü zamanı Rusiyanın Ermənistanda yeni bir atom elektrik stansiyası inşa etməsi təklifi diqqət çəkdi. Paşinyan dövründə Ermənistan höküməti Rusiyanın Metsamor AES-in bərpası ilə bağlı Ermənistan dövlətinə verdiyi kreditdən imtina etmişdi və Avropadan alternativ maliyyə mənbələri axtarırdı. Avropa da bu maliyyə məbləğini vermədi və nəticədə rəsmi şəkildə ötən gün Rusiya prezidentindən yeni AES-nın tikintisini istədi. Bu, olduqca böyük həcmli bir layihədir və Rusiyanın bu layihəni icra etməyə razılq verməsi onu yaxın 3-5 il ərzində elektrik enerjisi monopolistinə çevirə bilər.

Ümumiyyətlə isə bu görüşə Azərbaycan-Ermənistan münasibətləri konteksindən baxsaq Paşinyanın diversantlar ("hərbi əsirlər") məsələsini qaldırması gözlənilən idi. Bu, Ermənistan ictimai rəyində əsas müzakirə mövzusudur və siyasi qüvvələr hər biri məhz bu məsələyə görə spekulyasiya edir. Düzü, Rusiyanın da marağındadır ki, bu məsələ həll olunsun. Çünki 10 noyabrdan sonra bir çox məsələlər həm Azərbaycan tərəfindən, həm Ermənistan tərəfindən önə çəkilib, amma həll olunmur. Məsəl üçün, Azərbaycanın istəklərinə bağlı olan Laçın dəhlizinə nəzarət məsələsidir, kommunikasiyaların tez bir zamanda açılmasıdır. Erməni tərəfi üçün isə diversant məsələsi narahatlıq doğurur. Əgər Rusiya tək vasitəçi olmaq niyyətindədirsə o, bu məsələlərin həllində öz rolunu oynamalıdır və həll etməlidir. Təsadüfü deyil ki, dünənki bu görüşdən iki gün öncə Putinlə Prezident İlham Əliyev arasında telefon danışığı olmuşdu və böyük ehtimalla Azərbaycanın gözləntilərini dinləmişdi. 

Üçüncü ən əsas məsələ, 11 yanvar Moskva görüşündən sonra o bəyanatın icrasıdır. Çünki bəyanatın icrası ilə bağlı gecikmələr var. Bəyanatda qeyd olunmuşdu ki, hökümətlərarası komissiya yanvar ayının sonuna qədər iclasını keçirməlidir, o keçirildi və martın 1-nə qədər ekspert qrupları tərəfindən konkret layihələr təqdim olunmalıdır. Bu gün təxminən aprelin ortasıdır,  amma bu layihələr hələ də təqdim olunmayıb və müəyyən gecikmələr var. Böyük ehtimalla Rusiya həm həll olunmamış məsələlərin həllinə, həm də əldə olunmuş razılıqların həyata keçirilməsinə təkan verir. Əgər Paşinyan bir neçə məsələ qaldırıbsa, Putin dünən yeganə məsələ olaraq kameralar qarşısındakı çıxışında bir məsələnin ortaya qoydu ki, o da kommunikasiyalrın açılması idi. Demək ki, bu Rusiya üçün prioritet məsələdir".

Təhməz Əsədov Son.az

Dünya bazarlarında təbii qaz ucuzlaşıb like
  • 09 Apr 09:44  
Dünya Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaların

arrow Ətraflı
Kanye haqda filmin hüquqları 30 milyona satıldı like
  • 09 Apr 09:34  
Şou-biznes Kanye haqda filmin hüquqları 30 milyona satıldı

Amerikalı məşhur milyarder repçi Kanye Uest haqqında lentə alınan sənə

arrow Ətraflı
Cəbrayıl və Talışdan erməni hərbçilərin meyitləri tapıldı like
  • 09 Apr 09:29  
Dünya Cəbrayıl və Talışdan erməni hərbçilərin meyitləri tapıldı

Aprelin 8-də ermənilərin Cəbrayıl rayonu ərazisində apardıqları axtarı

arrow Ətraflı
"Sərdarın həyatını mən yazacam" like
  • 09 Apr 09:24  
Şou-biznes "Sərdarın həyatını mən yazacam"

Türkiyəli müğənni Seçil Gür sevgilisi Serdar Ortaç barədə danışıb.

arrow Ətraflı
Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib like
  • 09 Apr 09:19  
Digərləri Yevlaxda özünü Kür çayına atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə

arrow Ətraflı
ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir like
  • 09 Apr 09:10  
Dünya ABŞ İstanbulda Əfqanıstan üzrə konstruktiv danışıqların keçirilməsi üzərində işləyir

ABŞ Türkiyə və Əfqanıstanla birlikdə İstanbul konfransının keçirilmə

arrow Ətraflı
İsrailli həkimlər Azərbaycan hərbçilərinə dəstək göstərməyə davam edəcək like
  • 09 Apr 09:07  
Digərləri İsrailli həkimlər Azərbaycan hərbçilərinə dəstək göstərməyə davam edəcək

Azərbaycanda olan israilli həkimlərdən ibarət nümayəndə heyəti ikinci Q

arrow Ətraflı
Bolqarıstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb like
  • 09 Apr 09:05  
Dünya Bolqarıstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb

Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlam

arrow Ətraflı
Bakıda qadın əri tərəfindən boğazından bıçaqlanıb like
  • 09 Apr 09:02  
Kriminal Bakıda qadın əri tərəfindən boğazından bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında  FOTO like
  • 09 Apr 09:00  
Digərləri Qarabağda aparılan minatəmizləmə işləri Meksika mətbuatında FOTO

Meksikanın aparıcı mətbu orqanlarından olan "Reforma" və "E

arrow Ətraflı
Kələmli zapekanka resepti like
  • 09 Apr 08:55  
Digərləri Kələmli zapekanka resepti

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Türkiyədə son sutkada koronavirusdan 37 914 nəfər sağalıb like
  • 09 Apr 08:49  
Dünya Türkiyədə son sutkada koronavirusdan 37 914 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 258

arrow Ətraflı
Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR like
  • 09 Apr 08:45  
Digərləri Baxmağınız üçün ən GÖZƏL ŞƏKİLLƏR

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Pentaqon rəhbəri İsrail, Almaniya, Britaniya və Belçikaya səfər edəcək like
  • 09 Apr 08:39  
Dünya Pentaqon rəhbəri İsrail, Almaniya, Britaniya və Belçikaya səfər edəcək

ABŞ müdafiə naziri Lloyd Ostin aprelin 10-u İsrail, Almaniya və Böyük Bri

arrow Ətraflı