Türkiyədə son sutkada koronavirusdan 37 914 nəfər sağalıb


Dünya 09 Apr 2021 08:49:00 108 0

Türkiyədə son sutkada koronavirusdan 37 914 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 258 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 33 201 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 55 941 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 689 866 nəfərə çatıb.