“Super Mario Bros.” oyununun nadir nüsxəsi 660 min dollara satılıb


Digərləri 08 Apr 2021 23:50:00 183 0

“Super Mario Bros.” oyununun nadir nüsxəsi 660 min dollara satılıb

ABŞ-da 1986-cı ildə hədiyyə kimi alınaraq şkafda unudulmuş əfsanəvi "Super Mario Bros." oyununun bir nüsxəsi hərracda 660 min dollara satılıb.

Son.az ted.az-a istinadən bildirir ki, bundan əvvəl oyunun 1987-ci il versiyası hərracda 114 min dollara satılmışdı.

"Super Mario Bros." bazara 1985-ci ildə çıxıb. Oyunun bütün dünyada 50 milyon nüsxəsi alınıb.