Hyundai İoniq 5 modelinin istehsalını dayandırır


Digərləri 08 Apr 2021 23:10:00 183 0

Hyundai İoniq 5 modelinin istehsalını dayandırır

Hyundai Ulsan şəhərindəki Ioniq 5 elektromobillərinin yığıldığı zavodun işini mikrosxem çatışmazlığı səbəbindən birhəftəlik dayandıracaq. Yarımkeçiricilərin və digər komponentlərin tədarükünün dayandırılması səbəbindən şirkət 7-14 aprel tarixlərində istehsalı dayandırmağı planlaşdırır. Fəaliyyətlərin müvəqqəti dayandırılması 6,5 min Ioniq 5 elektromobilin və 6 min Kona modelinin istehsal həcmlərində azalmasına səbəb olacaq. Digər qlobal avtomobil konsernləri də yarımkeçirici bazarında çatışmazlıq səbəbindən oxşar problemlərlə üzləşiblər. Belə ki, "General Motors" və Toyota şirkətləri yarımkeçirici çiplərin tədarükündə dayanmalar nəticəsində bəzi zavodlarının işlərini dayandırıb və ya istehsalı azaltmaq məcburiyyətində qalıblar.