Ermənilər birbirini partladır: Ağdərədə qanlı çəkişmələr


Siyasət 08 Apr 2021 23:00:00 135 0

Ermənilər birbirini partladır: Ağdərədə qanlı çəkişmələr

Erməni təslimçiləri Azərbaycan ərazisindəki "ordu" imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.

Son.az caliber.az-a istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.