Süleyman Soylunun helikopteri məcburi eniş etdi FOTO


Dünya 08 Apr 2021 22:23:00 133 0

Süleyman Soylunun helikopteri məcburi eniş etdi  FOTO

Türkiyənin daxili işlər naziri Süleyman Soylunu Bursaya aparan helikopter məcburi eniş edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna qatı duman səbəb olub. Bilecik Edebali Stadionunda eniş edən helikopterdən üşən Soylu Bilecik Gənclər və İdman İdarəsinin rəsmi avtomobili ilə yoluna davam edib.

Qeyd edək ki, Süleyman Soylu "Zeytun budağı" hərəkatı bölgəsində PKK/YPG terror təşkilatının hücumu nəticəsində şəhid olmuş Gökhan Çakırın dəfninə qatılmaq üçün Bursaya gedib.