Twitter "Clubhouse"a rəqibi olan "Spaces"i veb versiyasını təqdim edir


Digərləri 08 Apr 2021 22:10:00 144 0

Twitter "Clubhouse"a rəqibi olan "Spaces"i veb versiyasını təqdim edir

Bu günün ən populyar sosial media platformalarından biri olan Twitter, keçən ay "Spaces" adlı yeni Clubhouse tipli xüsusiyyətini elan etmişdi. Twitter istifadəçilərinin səslə söhbət etməsinə imkan verən bu xüsusiyyət artıq bir müddətdir iOS versiyasında sınaqdan keçirilir. Bununla birlikdə şirkət Android versiyasının da yolda olduğunu bildirib.

İndi sosial media nəhəngi, istifadəçilərin səs otaqlarına daxil olmasına imkan yaradan yeni xüsusiyyətini də, Clubhouse kimi "Twitter"in masa üstü versiyasına gətirəcəyini təsdiqləyib.