Google 30 milyard dollarlıq təzminat məhkəməsində qalib oldu


Digərləri 08 Apr 2021 22:20:00 172 0

Google 30 milyard dollarlıq təzminat məhkəməsində qalib oldu

Google və Oracle arasında 10 ildən çoxdur davam edən və təkrarlanan qərarlara baxmayaraq apellyasiya şikayətləri ilə ləğv edilən işdə verildi. ABŞ Ali Məhkəməsi iddia nəticəsində "Google"u haqlı olaraq tanıdığını açıqlayıb.

Oracle "Google"un Android əməliyyat sistemini Java proqramının kodlarını "oğurlayaraq" bu kodlar üzərində qurduğunu iddia edirdi. Federal müəllif hüquqları qanununun Google tərəfindən pozulduğunu söyləyən Oracle, internet nəhəngindən təqribən 30 milyard dollar təzminat tələb edirdi.

Hakim Stephen Breyer, 2-6 səs alaraq qərarın səbəbini belə izah etdi: "Oracle koduna dair müəllif hüquqları iddiasını qəbul etsəydik, proqram inkişafını əngəlləyən bir qərar olardı. Açarın bir əldə olması düzgün olmazdı."