Bu şəxs BPdə yüksək vəzifəyə seçilən 3cü


Digərləri 08 Apr 2021 22:03:00 148 0

Bu şəxs BPdə yüksək vəzifəyə seçilən 3cü

BP-də yüksək vəzifəyə təyinat alan azərbaycanlıların sayı 3-ə çatıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Aytən Hacıyeva BP-nin Gürcüstan üzrə rəhbəri təyin olunub.

Bu münasibətlə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Aytən Hacıyeva ilə görüşüb.

Səfir A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmalarının önəmini qeyd edib.