Gəncədə kişi özünü binanın 5ci mərtəbəsindən atıb FOTO


Digərləri 08 Apr 2021 21:52:00 151 0

Gəncədə kişi özünü binanın 5ci mərtəbəsindən atıb  FOTO

Gəncdə intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.