Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə bütün məscidlər dağıdılıb, bu islamofobiyanın təzahürüdür
Siyasət 08 Apr 2021 21:26:00 57 0
Azad olunmuş ərazilərdə bütün məscidlər dağıdılıb, bu islamofobiyanın təzahürüdür.
Bu xəbəri də oxu: Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı".
Bizim atdığımız addımlar haqq işi idi.

Ən populyar mesajlaşma xidməti olan WhatsApp, telefon nömrəsinə bağlanara

Münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub.

Türkiyədə Ramazan ayında həftə sonu ölkə üzrə komendant saatı tətbiq

Rus alimləri aviasiya sənayesi üçün alovadavamlı misilsiz polimer hazlırl

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və al

İnternetdə ortaya çıxmış məlumata əsasən Google şirkəti bu ilin payı

Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Res

"Yeni çağırışlar" onlayn müzakirə proqramının 14 apreldə yay

Çinin Tsindao şəhərindən Bakıya ikinci konteyner qatarı yola düşüb.

Əlbəttə ki, Azərbaycana hərbi əməliyyatları başa vurmaq lazım idi, amm

2025-ci ilədək elektron SİM kartla (eSIM) təchiz edilmiş qurğuların sayı

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməs

Biz Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) təxribatçı, qeyri-konstru
