“Starlink” peyk internetinin sürəti 2 dəfə artıb


Digərləri 08 Apr 2021 21:45:00 133 0

“Starlink” peyk internetinin sürəti 2 dəfə artıb

ABŞ milyarderi İlon Maska məxsus "SpaceX" şirkətinin "Starlink" peyk internetinin istifadəçiləri məlumat ötürmə sürətinin xeyli artdığını bildiriblər.

Son.az ictnews.az-a istinadən bildirir ki, ABŞ sakinlərindən biri tərəfindən "iPad Mini" planşetinin peyk internetinə qoşulması zamanı 200 Mbit/saniyə sürət qeydə alınıb. Onun sözlərinə görə, qeydə alınan ən zəif nəticə 44 Mbit/saniyə təşkil edib.

Lakin 200 Mbit/saniyə göstəricisi "Starlink" interneti üçün son sürət həddi deyil. Belə ki, Sietl və Nyu-York istifadəçiləri testdə müvafiq olaraq 230 və 240 Mbit/saniyə sürətlə təmin ediliblər.

Qeyd edək ki, ötən ilin sentyabrında "SpaceX" şirkəti ABŞ Federal Rabitə Komissiyasına "Starlink" şəbəkəsində orta yükləmə sürətinin 43 Mbit/saniyə təşkil etməsi barədə məlumat verib. Bir ay sonra bu göstərici 80 Mbit/saniyəyədək artıb. İ.Maskın bir müddət əvvəl bildirdiyinə görə, 2021-ci ilin sonunadək sürət 300 Mbit/saniyəyə bərabər olacaq.

Perspektivdə "Starlink" peyk internetinin məlumatları 10 Qbit/saniyə sürətində ötürməyə imkan verəcəyi gözlənilir.