Türkiyədə restoran və kafelər BAĞLANACAQ, qərar verildi


Dünya 08 Apr 2021 21:12:00 114 0

Türkiyədə restoran və kafelər BAĞLANACAQ, qərar verildi

Türkiyədə Ramazan ayında həftə sonu ölkə üzrə komendant saatı tətbiq ediləcək.

Son.az azsabah.com-a istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

R.T.Ərdoğan əlavə edib ki, Ramazan ayında bütün ölkədə restoran və kafelər kimi iaşə obyektlərində yalnız qida çatdırılması xidməti fəaliyyət göstərəcək.

Türkiyə prezidenti, həmçinin hər gün axşam saat 21:00-dan səhər 05:00-a qədər komendant saatının ölkə daxilində davam etdiyini bildirib.