İlon Maskın anası “Yeni çağırışlar”da sualları cavablayacaq


Digərləri 08 Apr 2021 20:50:00 142 0

İlon Maskın anası “Yeni çağırışlar”da sualları cavablayacaq

"Yeni çağırışlar" onlayn müzakirə proqramının 14 apreldə yayımlanacaq növbəti buraxılışının qonağı bəlli olub.

Son.az ted.az-a istinadən bildirir ki, proqramın qonağı yazıçı, beynəlxalq bestseller müəllifi Mey Mask olacaq.

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" platformasının təşkilatçılığı ilə Cəfər Mənsiminin təqdimatında davam edən proqramın bu buraxılışı da həmişə olduğu kimi Təhsil Nazirliyinin feysbuk səhifəsindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Proqramda qonaq Azərbaycan tamaşaçılarının marağında ola biləcək sualları cavablandıracaq.

Qeyd edək ki, Mey Mask dünyanın ən zəngin ikinci adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın anasıdır.