“TWS” qulaqcığı 40 dili tərcümə edir VİDEO


Digərləri 08 Apr 2021 20:30:00 156 0

“TWS” qulaqcığı 40 dili tərcümə edir VİDEO

Yeni simsiz "Timekettle M2" qulaqcığı musiqini səsləndirməklə yanaşı, digər ölkələrin sakinləri ilə ünsiyyət qurmağa imkan verir. Məsələ ondadır ki, qulaqcıq eşidilən danışığı real vaxt rejimində 40 dilə tərcümə edə bilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Timekettle M2" ilk baxışdan adi "TWS" qulaqcıqlarından az fərqlənir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, qulaqcıq gündəlik istifadə üçün tam uyğun olsa da, əsas diqqət tərcümə funksiyasına yetirilir. 40 dil və 93 dialektə əks-tərcümə imkanı yüksək keyfiyyətli səslə təmin edilir. Tanıma keyfiyyəti 95 faizi üstələyir. Qurğu oflayn rejimdə 6 dilin öhdəsindən gəlir. Tam iş üçün internetə qoşulma tələb olunur.

Tərcümə ilə bağlı bütün əsas iş smartfonda "Android" və "iOS" sistemləri üçün nəzərdə tutulan mobil əlavədə həyata keçirilir. Proqramda istifadəçi üç rejimdən yararlanır: sensor, dinamik rejimi və dinləmə. Birincisi tərcüməni xüsusi sensora toxunduqdan sonra edir. İkincisi yazılma üçün smartfonun mikrofonundan istifadə edir. Üçüncüsü bunu bir qulaqcıq vasitəsilə həyata keçirir.

Dəstəklənən dillər arasında ingilis, Çin, rus, Ukrayna, fransız, ispan və s. dillər göstərilir.