Beynəlxalq hüquq ictimaiyyətinin diqqəti Ermənistanın hərbi cinayətlərinə cəlb olunub


Siyasət 08 Apr 2021 19:49:00 76 0

Beynəlxalq hüquq ictimaiyyətinin diqqəti Ermənistanın hərbi cinayətlərinə cəlb olunub

Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir və rəhbərliyində təmsil olunur.

Aprelin 8-də Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Avropa, Asiya, Yaxın Şərq, Amerika və Afrika qitələrindən olan bir sıra dövlətlərin, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi iclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.

Tədbirin əvvəlində qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək yaradılmasının 15 illiyi qeyd olunan Assosiasiyanın qlobal antikorrupsiya mübarizəsində mühüm rolunu, beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayıb. Nazir Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, ölkəmizin səmərəli beynəlxalq əməkdaşlığı barədə məlumat verərək, yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini qeyd edib, IAACA-nın inkişafına, qlobal pandemiya ilə əlaqədar onlayn və ya hibrid platformalarından fəal istifadə etməklə, tədris tədbirlərinin və vebinarların təşkilinə dair təkliflər irəli sürüb.

Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq dinc şəhərlərimizi qəsdən raket atəşinə tutaraq uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri barədə məlumat verilib. Eyni zamanda, Ermənistan tərəfinin xarici muzdlu döyüşçüləri cəlb etməsi, humanitar yardım adı altında münaqişə zonasına qanunsuz silah-sursat göndərməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İşğal dövründə həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, terrorçuluq, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunduğu vurğulanıb. İclasda azad edilmiş torpaqlarımızın ermənilər tərəfindən büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərin məhv və ya talan edildiyi qeyd olunaraq mülki vətəndaşların ölümünə səbəb olan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinin beynəlxalq hüquqa zidd olmaqla Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin təzahürü olduğu bildirilib.

Qeyd olunub ki, törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, o cümlədən iclasda təmsil olunan dövlətlərdə zəruri istintaq hərəkətlərinin aparılmasına dair nazirlik tərəfindən 50-dən artıq sorğu göndərilib.

Tədbirdə IAACA-nın fəaliyyətinin səmərəliliyinin artırılması, keçiriləcək mühüm tədbirlər, o cümlədən BMT Baş Assambleyasının xüsusi sessiyasının tarixində ilk dəfə korrupsiyaya qarşı mübarizəyə həsr olunması barədə məlumat verilib və həmin tədbirdə IAACA-nın iştirakı ilə bağlı və s. əhəmiyyətli məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul olunub.

Bu mobil tətbiq 1 milyard dəfədən çox yüklənilib like
  • 08 Apr 19:45  
Digərləri Bu mobil tətbiq 1 milyard dəfədən çox yüklənilib

Populyar "Google Translate" mobil proqramı "Google Play" ma

arrow Ətraflı
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub like
  • 08 Apr 19:42  
Digərləri “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlana

arrow Ətraflı
Koronavirusu məhv edən robot icad edilib like
  • 08 Apr 19:40  
Digərləri Koronavirusu məhv edən robot icad edilib

İsveçrədə ultrabənövşəyi şüalanma vasitəsilə bütün mikrobları mə

arrow Ətraflı
İƏTin Baş katibi “Dostluq” ordeni təltif edilib like
  • 08 Apr 19:33  
Siyasət İƏTin Baş katibi “Dostluq” ordeni təltif edilib

Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin "Dostluq" ord

arrow Ətraflı
"MondeAfrique" saytı Qarabağdakı mədəni dağıntılardan yazdı like
  • 08 Apr 19:27  
Siyasət "MondeAfrique" saytı Qarabağdakı mədəni dağıntılardan yazdı

"MondeAfrique" saytının jurnalisti Fransua Furkadi Ermənistanın iy

arrow Ətraflı
"Tapmaca" salatının hazırlanması like
  • 08 Apr 19:27  
Digərləri "Tapmaca" salatının hazırlanması

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
90cı illərin məşhur geyimi yenidən dəbə qayıdıb  FOTO like
  • 08 Apr 19:24  
Digərləri 90cı illərin məşhur geyimi yenidən dəbə qayıdıb FOTO

1990-cı illərdə populyar olan geyim 2021-ci ildə yenidən dəbə minib.

arrow Ətraflı
Rusiyanın Baş Prokuroru Bakıya rəsmi səfərə gəlib like
  • 08 Apr 19:22  
Digərləri Rusiyanın Baş Prokuroru Bakıya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sa

arrow Ətraflı
Hicablı gəlin eltisinin çılpaq şəklini Whatsappda yaydı  Efirdə biabırçı etiraf like
  • 08 Apr 19:20  
Digərləri Hicablı gəlin eltisinin çılpaq şəklini Whatsappda yaydı Efirdə biabırçı etiraf

Türkiyənin Atv kanalında ailə-məişət məsələləri ilə bağlı Müge A

arrow Ətraflı
Dubaydan qovulan qızlarla bağlı növbəti qalmaqal  FOTO like
  • 08 Apr 19:15  
Digərləri Dubaydan qovulan qızlarla bağlı növbəti qalmaqal FOTO

Dubaydakı otellərdən birində lüt fotolar çəkdirən qızlarla bağlı daha

arrow Ətraflı
"Oğlum indi də məni qısqanır" Elza like
  • 08 Apr 19:13  
Şou-biznes "Oğlum indi də məni qısqanır" Elza

"Anam efirə çıxanda mənə iradlar tutur: ətəyini çox yelləmə, onu

arrow Ətraflı
İƏTin Baş katibinə “Dostluq” ordeni təqdim edildi like
  • 08 Apr 19:12  
Siyasət İƏTin Baş katibinə “Dostluq” ordeni təqdim edildi

Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı ara

arrow Ətraflı
Prezidentin köməkçisindən vətəndaşlara çağırış  FOTO like
  • 08 Apr 19:11  
Siyasət Prezidentin köməkçisindən vətəndaşlara çağırış FOTO

"Peyvənd vurulanlar arasında heç bir ciddi fəsad müşahidə edilməyib

arrow Ətraflı
"TikTok"da ən çox pul qazanan fenomenlər  FOTOlar like
  • 08 Apr 19:09  
Digərləri "TikTok"da ən çox pul qazanan fenomenlər FOTOlar

Son illərin ən populyar sosial şəbəkələrindən olan "TikTok"da

arrow Ətraflı