Daha bir məktəb COVIDə görə bağlandı


Digərləri 08 Apr 2021 19:05:20 119 0

Daha bir məktəb COVIDə görə bağlandı

Oğuz şəhər 3 saylı məktəb-lisey COVID-19 virusuna görə bağlanıb.

Son.az APA-ya istinadən bildirir ki, tədris ocağının 5 müəllimi və 2 texniki işçisində koronavirus aşkarlanıb.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən məktəb aprelin 9-dan iki həftə müddətinə bağlanacaq, dərslər onlayın formatda keçiriləcək.