"Mitsubishi" ilə Novxanıda adam vurdu, 21 yaşlı oğlan öldü


Digərləri 08 Apr 2021 19:06:00 132 0

"Mitsubishi" ilə Novxanıda adam vurdu, 21 yaşlı oğlan öldü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü İsmayılov Azər Arif oğlu yolu keçmək istəyərkən onu "Mitsubishi" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan 21 yaşlı piyada xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az