Yeni “Casio” “ağıllı” saatı təqdim olunub VİDEO


Digərləri 08 Apr 2021 19:30:00 154 0

Yeni “Casio” “ağıllı” saatı təqdim olunub  VİDEO

"Casio" şirkəti "GSW-H1000" "ağıllı" saatını təqdim edib. Şirkət 2016-cı ildən "ağıllı" saatların buraxılışı ilə məşğul olsa da, bu, idmançılar və ekstremal idman növü həvəskarları üçün "G-Shock" mühafizəli saatlar seriyasında ilk qurğudur.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni saat "Google" şirkətinin "Wear OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Saatın massiv korpusu zərbələrdən etibarlı qorunur və 200 metr su dərinliyində işləyir.

"GSW-H1000" saatı vaxtın göstərilməsi üçün daim işləyən "LCD" monoxrom ekranını birləşdirən 360*360 pikselli 1,2 düym diaqonallı displey və istifadəçinin aktivliyi haqqında informasiya üçün rəngli ekranla təchiz edilib. Bundan başqa, saat ürək ritminin izlənilməsi üçün sensor, kompas, "GPS" modul, altimetr, akselerometr və giroskopa malikdir. Qurğunun proqram təminatı 40-dək fiziki aktivlik növünü müəyyənləşdirə bilir. Avtonom iş vaxtı rəngli ekran rejimində istifadədə təxminən yarım gün, monoxrom displeydən istifadə rejimində isə 1 ay təşkil edir.

Yeni "Casio" saatı qırmızı, göy və qara rənglərdə təklif olunacaq. Qurğunun ABŞ-da qiyməti 700 dollar təşkil edəcək.