Bu gün 43 698 nəfərə vaksin vurulub


Digərləri 08 Apr 2021 18:53:52 109 0

Bu gün 43 698 nəfərə vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 698 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 040, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 658 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069 488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396 985 təşkil edir.