Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib


Siyasət 08 Apr 2021 18:47:00 113 0

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Oseymini qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Oseyminə "Dostluq" ordeni təqdim edib.