İranda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçdi


Dünya 08 Apr 2021 18:29:00 106 0

İranda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçdi

İranda ötən sutka ərzində 22 586 nəfər koronavirusa (COVID-19) yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 2 006 934 nəfərə çatıb. Virus daşıyıcılarından 4 221 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 185 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 884 nəfərə yüksəlib.

İranda indiyədək 1 684 570 nəfər koronavirusdan sağalıb, 13,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.

Son.az