Putin və Merkel Donbasdakı vəziyyətdən narahatdır


Dünya 08 Apr 2021 16:54:00 133 0

Putin və Merkel Donbasdakı vəziyyətdən narahatdır

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Son.az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq mövzular müzakirə olunub.

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparan Rusiya və Almaniya liderləri Ukraynanın cənub-şərqində vəziyyətin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.

V. Putin Kiyevin məqsədli şəkildə təmas xəttində vəziyyəti gərginləşdirdiyi ilə bağlı təxribatçı fəaliyyətə diqqəti yönəldib. Kiyev hakimiyyəti tərəfindən daha əvvəl əldə olunmuş razılaşmaların, hər şeydən öncə Donetsk və Luqanskla birbaşa dialoqun qurulmasının və Donbassa xüsusi statusun hüquqi formalaşdırılmasının icra edilməsinin vacibliyi vurğulanıb. Münaqişə tərəfləri, alternativsiz həll yolu kimi 2015-ci ilin Minsk Tədbirlər Paketini tam həyata keçirtmək üçün təmkinli olmağa və danışıqlar prosesini intensivləşdirməyə çağırılıb.

Tərəflər Suriya böhranı barədə də fikir mübadiləsi aparıblar. Suriyadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün tapşırıqların prioritet xarakter daşıdığı qeyd edilib.