Yerevanda növbəti etiraz aksiyası Nazirliyə gedən yolları bağladılar


Dünya 08 Apr 2021 17:08:00 117 0

Yerevanda növbəti etiraz aksiyası  Nazirliyə gedən yolları bağladılar

Yerevanda müharibə vaxtı itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, etirazçılar Ermənistan Müdafiə Nazirliyinə gedən bütün yolları bağlayıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən hərbi polis cəlb edilib. Aksiya iştirakçıları itkin düşən əsgərlərlə bağlı bu günədək hökumətdən cavab almadıqlarını bildirir.

Son.az