Ermənistanda hərbi xidmətdən yayınanlar əfv olunacaq
Dünya 08 Apr 2021 16:47:00 117 0
Ermənistanda ötən il Qarabağ müharibəsinədək hərbi xidmətdən yayınmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə amnistiya veriləcək.
Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı qanun layihəsi hökumətin iclasında təsdiqlənib.
Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, amnistiya ötən ilin sentyabrınadək xidmətdən yayınanlara şamil olunacaq.
Qanun layihəsinə əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.
Mənbə: milli.az