Rusiya istehsalı nüvə başlığı daşıya bilən silah Ermənistana necə gedib?


Siyasət 08 Apr 2021 15:59:00 58 0

Rusiya istehsalı nüvə başlığı daşıya bilən silah Ermənistana necə gedib?

"Beynəlxalq konvensiyaların tələblərinə tam zidd olaraq Ermənistana naməlum marşurutlar üzrə çatdırılan "İsgəndər" raketlərinin M versiyasının (daha uzaq mənzilli və nüvə başlığı belə daşımağa malik operativ-takitiki raket kompleksi) Ermənistana verilməsi və həm də Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı istifadə edilməsi hər birimizi, o cümlədən də məni narahat etməyə bilməzdi".

Bunu Son.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir:

"Rusiya səfirliyinə edilən müraciətə qoşulmağımın da əsas səbəblərindən biri uzun illər araşdırdığım və heç bir yerdə, hətta BMT-nin silah reysterində rast gəlmədiyim bir silah sisteminin Ermənistana verilməsinə aid sualla cavab tapa bilməməyim mənim də bu müraciətə qoşulmağıma səbəb oldu. İstənilən halda "İsgəndər-M" raketi kiçik bir element deyil, bu ballistik bir raketdir. Biz də bilirik ki, bütün dünya gücləri, o cümlədən Rusiya okeanlardan belə buraxılan qanadlı ballistik və operativ-taktiki raketlərin izlənməsini davamlı olaraq fasiləsiz həyata keçirir. 

Kilometrlərlə uzaqdan buraxılan raketləri izləyə bilən Rusiyanın yerləşdiyi Gümrü aviabazasından bir neçə kilometr aralıda "İsgəndər" raketinin buraxılışını görməməsi çox böyük təəccüb doğurur. 

Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər, o cümlədən Rusiyanın Qarabağda sülhməramlı funksiyası həyata keçirmək kimi bizim böyük bir etimadımızı qazanıb. Belə olan halda Rusiyanın onun istehsal etdiyi və kimsəyə vermədiyini bəyan etdiyi bir silahın Ermənistana necə gəlib çıxması hər birimizdə böyük bir təəccüb hissi doğurur. Bu silahların tapılması üçün buna istək olduğu halda ən geci 2-3 günün içində bu raketlərin hansı hərbi hissədən və ya hansı istehsalçı tərəfindən Ermənistana çatdırılmasını ayırd etmək olar. Bunun üçün bizim əlimizdə olan raketin indenfikasiya və nömrəsi ilə bərabər seriya və partiya nömrəsini götürüb istehsalçı zavoddan həmin raketlərin hansı hərbi hissəyə və ya raket divizyonuna çatdırılmasını aydınlaşdırmaq, həmin hərbi hissədən isə eyni seriya və partiya nömrəsinə malik raketin təqdim olunmasını tələb etmək kifayətdir ki, bu raketin hara, kimə, nə vaxt, hansı məqsədlə verildiyinin üstü açılsın. Bu anlamda, düşünürəm ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir". 

Təhməz Əsədov

Ermənistanın yeni AES arzusu ürəyində qalacaq like
  • 08 Apr 15:57  
Siyasət Ermənistanın yeni AES arzusu ürəyində qalacaq

"Ermənistana yeni Atom Elektrik Stansiyası hava-su kimi kazımdır. Lakin

arrow Ətraflı
Qanunsuz ağac kəsintisi ilə bağlı cinayət işi açıldı like
  • 08 Apr 15:54  
Digərləri Qanunsuz ağac kəsintisi ilə bağlı cinayət işi açıldı

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yax

arrow Ətraflı
Məşhur repçi like
  • 08 Apr 15:39  
Şou-biznes Məşhur repçi

Şou-biznesdə ən çox qazanan və lüks xərcləri ilə ictimaiyyətin diqqət

arrow Ətraflı
Şuşaya “İsgəndərM” atılmasının əsl məqsədi nədir?  Millət vəkili like
  • 08 Apr 15:34  
Siyasət Şuşaya “İsgəndərM” atılmasının əsl məqsədi nədir? Millət vəkili

Yerevan Azərbaycanla Rusiya arasındakı münasibəti kormalaq üçün Şuşaya

arrow Ətraflı
Sabahdan hava dəyişəcək  XƏBƏRDARLIQ like
  • 08 Apr 15:31  
Digərləri Sabahdan hava dəyişəcək XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron ya

arrow Ətraflı
"AccessBank" müştərilərinin nəzərinə like
  • 08 Apr 15:30  
Digərləri "AccessBank" müştərilərinin nəzərinə

"AccessBank" 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keç

arrow Ətraflı
Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başladı like
  • 08 Apr 15:29  
Siyasət Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başladı

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədləri

arrow Ətraflı
12 və 13 yaşlı bacılara təcavüz edənlər saxlanıldı like
  • 08 Apr 15:26  
Digərləri 12 və 13 yaşlı bacılara təcavüz edənlər saxlanıldı

Bakıda iki yeniyetmə bacı ilə qeyri-təbii yolla cinsi əlaqədə olan iki n

arrow Ətraflı
Təmir sexində avtomobil üç kişinin başına düşdü: like
  • 08 Apr 15:24  
Dünya Təmir sexində avtomobil üç kişinin başına düşdü:

Rusiyada avtomobil təmiri sexlərindən birində qorxulu anlar yaşanıb.

arrow Ətraflı
“Xiaomi” elektromobilinin qiyməti məlum oldu like
  • 08 Apr 15:19  
Dünya “Xiaomi” elektromobilinin qiyməti məlum oldu

"Xiaomi" elektromobili orta və yüksək sinif istehlakçılar üçün

arrow Ətraflı
“ABŞ axmaq siyasi xətt yürüdür” like
  • 08 Apr 15:14  
Digərləri “ABŞ axmaq siyasi xətt yürüdür”

"Vaşinqtonun Moskvaya qarşı siyasi xəttinin sonu yoxdur".

arrow Ətraflı
Klipdəki geyim Samirənin bədənini bu günə qoyub  FOTO like
  • 08 Apr 15:09  
Şou-biznes Klipdəki geyim Samirənin bədənini bu günə qoyub FOTO

Müğənni Samirə Əfəndi "Mata Hari" adlı "Avroviziya" 

arrow Ətraflı
Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı like
  • 08 Apr 15:06  
Digərləri Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı

Azərbaycanda media işçilərinin vaksinasiyası Azərbaycan Mətbuat Şurasın

arrow Ətraflı
“Sosial Bağlar2021” layihəsinə müraciətlərin qəbulu başladı  FOTO like
  • 08 Apr 15:05  
Digərləri “Sosial Bağlar2021” layihəsinə müraciətlərin qəbulu başladı FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məş

arrow Ətraflı