Şuşaya “İsgəndərM” atılmasının əsl məqsədi nədir? Millət vəkili


Siyasət 08 Apr 2021 15:34:00 130 0

Şuşaya “İsgəndərM” atılmasının əsl məqsədi nədir?  Millət vəkili

Yerevan Azərbaycanla Rusiya arasındakı münasibəti kormalaq üçün Şuşaya "İsgəndər-M" raketi atıb.

Son.az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. O bildirib ki, raket Gümrü ətrafından atılıb:

"Düşünürəm ki, Şuşaya atılan "İsgəndər-M" raketi Gümrüyə qədər gətirilib. Ermənilər Azərbaycanla Rusiya münasibətlərini korlamaq məqsədilə onu Gümrü ətrafından atıblar. 

Raketin konkret olaraq Rusiyadan atılması məsələsi inandırıcı deyil. Ermənistan maraqlıdır ki. bu məsələni Rusiyanın üzərinə yıxsın və iki ölkə arasında münasibətlər korlansın. Bu, onların əsas maraqlarından biridir. Bizə isə maraqlı olan raketin Rusiya və ya Ermənistan tərəfindən atılmasıdır", - o bildirib.