Afət Fərmanqızı qardaşını qaçıranlara səsləndi: “Anamın qatili sizsiniz!”


Şou-biznes 08 Apr 2021 14:04:00 144 0

Afət Fərmanqızı qardaşını qaçıranlara səsləndi: “Anamın qatili sizsiniz!”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub. Son.az xəbər verir ki, ifaçı anasının ölümünə səbəb olan insanlardan danışıb: "Anamın qapısına elçi getdiyi, qızını oğluna aldığı qudası bütün var-dövlətini aldadıb əlindən alıb qaçdı. Anam özünə bağışlaya bilmirdi ki, ali təhsilli qadın ola-ola saxta sənədlərə necə imza atıb? Evimizi satdılar, qardaşımı da götürüb özləri ilə apardılar. Anam 15 yaşında bir oğul itirdi, birini də belə qaçırıb apardılar. Qaldıq kirayələrdə. Dost-tanış vasitəsi ilə cüzi bir məbləği geri qaytardılar. Kirayəyə verməyə pulumuz yox idi deyə, o pula bir ev aldıq. Yağış yağanda o evin hər yerinə balaca ləyənlər qoyurduq. Bütün bunlardan sonra anam infarkt keçirdi, sonra da xərçəngə yoluxdu. Fikirdən anam xəstəliyə tutuldu, dünyasını dəyişdi. Sonradan araşdırdım, o adamlar bugünədək axtarışdadırlar. Buradan onlara səslənirəm. Anamın qatili sizsiniz! Bu dünyada da olmasa, o biri dünyada iki əlim yaxanızda olacaq".

Son.az