Sərt karantin vaksinasiya olunanlara şamil edilməyəcək?


Digərləri 08 Apr 2021 14:20:00 137 0

Sərt karantin vaksinasiya olunanlara şamil edilməyəcək?

"Vaksinasiya olunanlar da COVİD-ə yoluxurlar".

Bunu Son.az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.

Şöbə müdiri bildirib ki, sərt karantin rejimi tətbiq edilərsə bu qaydalar hər kəsə şamil edilməlidir:

"Vaksinasiya olunan şəxslər də koronavirusa yoluxa bilirlər, amma xəstəliyi yüngül keçirirlər. Buna baxmayaraq, ətraf üçün onlar da təhlükə yarada bilirlər. Koronavirus onlardan kimlərəsə keçə bilər. Ona görə də fərqi yoxdur vaksinasiya olunan, ya olunmayan. Əgər sərt karantin rejiminə keçiləcəksə, bu qaydalar hər kəsə şamil edilməlidir.