"Yaranan sualların cavablandırılması gələcək üçün çox əhəmiyyətlidir"


Siyasət 08 Apr 2021 13:45:00 49 0

"Yaranan sualların cavablandırılması gələcək üçün çox əhəmiyyətlidir"

"Şuşada "İsgəndər-M" raketinin qalıqlarının aşkar olunması ilə bağlı Azərbaycan ictimaiyyətində bir sıra suallar yaranıb və bu sualların əsas mübahisəsi ondan ibarətdir ki, bu, Ermənistanın silah arsenalında olan "İsgəndər- E", yəni Export versiyası deyil, sırf "İsgəndər-M" raketlərinin olmasıdır".  

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

Politoloq bildirib ki, Peskovun bu məsələ ilə bağlı açıqlaması qənaətbəxş sayıla bilməz:

"Mənbələrdə qeyd olunur ki, 9M723 seriyalı raketin qalıqları tapılıb. Eyni zamanda ANAMA-nın əməkdaşları Şuşa şəhəri ətrafında dörd müxtəlif yerdə bu qalıqları tapıblar. İctimiyyətin, eləcə də ekspert camiasının sualları ondan ibarətdir ki, bu raketlər necə Ermənistanın nəzarətinə verilib, hansı formada, nə vaxt verilib, hansı koordinatlardan atılıb və hansı zaman kəsiyində bu raketlərdən istifadə olunub? Buna görə də, bu sualların cavablandırılması üçün ötən gün Azərbaycanın medai kapitanları bir müraciət ünvanlayaraq bu məsələyə aydınlıq gətirilməsini xahiş edirdilər.

Rusiyanın rəsmi sözçülərindən biri olan Dmitri Peskovun bu məsələ ilə bağlı açıqlaması var, lakin bu, qənaətbəxş bir açıqlama sayıla bilməz. Buna görə də, Rusiyanın aidiyyatı orqanları - Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin məsələyə qənaətbəxş münasibət bildirməsi xüsusi əhəmiyyət kəsb edir. İctimiyyət arasında olan narahatlığın aradan qaldırılması, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək ruhunu və strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq hazırda yaranmış sualların cavablandırılması gələcək perespektivlər üçün də çox əhəmiyyətlidir.

Digər önəmli bir məsələ bundan ibarətdir ki, sülhməramlıların mandatının müəyyən olunması eyni zamanda Rusiyanın birinci kanalında Ermənistanın eks prezidenti Robert Köçəryanın Vladimir Poznerə müsahibəsi də bir sıra qərəzli və təxribatçı fikirlərlə yadda qaldı. Eləcə də ,verilişin aparıcısı Poznerin Köçəryanı qondarma qurumun "birinci prezidenti" kimi adlandırması kifayət qədər böyük suallar yaratdı".

Təhməz Əsədov Son.az

Aprel ayında istirahət üçün ən ucuz yerlər like
  • 08 Apr 13:44  
Digərləri Aprel ayında istirahət üçün ən ucuz yerlər

Aprel ayında ruslar üçün istirahət etməyə üçün ən ucuz yerlər müəy

arrow Ətraflı
"McDonald'sda biabırçılıq like
  • 08 Apr 13:39  
Digərləri "McDonald'sda biabırçılıq

TikTok istifadəçisi olan naməlum biri McDonald's işçilərinin müştər

arrow Ətraflı
Ledi Qaqa məşhur şampan şərabının siması oldu like
  • 08 Apr 13:34  
Şou-biznes Ledi Qaqa məşhur şampan şərabının siması oldu

Tanınmış şampan istahsalçısı "Dom Pérignon" yeni reklam kampan

arrow Ətraflı
Hava mülayim keçəcək  PROQNOZ like
  • 08 Apr 13:31  
Digərləri Hava mülayim keçəcək PROQNOZ

Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb like
  • 08 Apr 13:29  
Siyasət Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-t

arrow Ətraflı
Su kanalları təmir olunur like
  • 08 Apr 13:24  
Digərləri Su kanalları təmir olunur

Ağsu Maşın Qolu kanalına beton üzlük vurulur, qurğuları sazlanır

arrow Ətraflı
ABŞda atışma: like
  • 08 Apr 13:19  
Dünya ABŞda atışma:

ABŞ-da atışma zamanı ikisi uşaq olmaqla 5 nəfər öldürülüb.

arrow Ətraflı
Sığorta sektorunun üçillik inkişaf strategiyası təsdiqlənib like
  • 08 Apr 13:17  
Digərləri Sığorta sektorunun üçillik inkişaf strategiyası təsdiqlənib

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası yerli

arrow Ətraflı
DİN “Gilan”ı cərimələyib like
  • 08 Apr 13:14  
Digərləri DİN “Gilan”ı cərimələyib

Daxili İşlər Nazirliyi "Gilan" Holdinqi cərimələyib.

arrow Ətraflı
Hərbi qulluqçular üçün seminarlar keçirilir  FOTO like
  • 08 Apr 13:12  
Digərləri Hərbi qulluqçular üçün seminarlar keçirilir FOTO

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psix

arrow Ətraflı
Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir like
  • 08 Apr 13:11  
Digərləri Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konven

arrow Ətraflı
Evdən çıxan COVID19 xəstəsinə cinayət işi başlanılıb  VİDEO like
  • 08 Apr 13:09  
Digərləri Evdən çıxan COVID19 xəstəsinə cinayət işi başlanılıb VİDEO

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pand

arrow Ətraflı
Gürcüstanda daha 761 nəfər koronavirusa yoluxub like
  • 08 Apr 13:04  
Dünya Gürcüstanda daha 761 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

arrow Ətraflı
Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb like
  • 08 Apr 12:59  
Dünya Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb

Yaponiyada Kioto universitetinin həkimləri koronavirus infeksiyasını ağır

arrow Ətraflı
Zelenski Donbasa getdi like
  • 08 Apr 12:56  
Dünya Zelenski Donbasa getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.

arrow Ətraflı