Trend BİA və “Albayrak Media Group” şirkətinin birgə Media Layihəsi işə salınır
Siyasət 08 Apr 2021 13:46:00 60 0
Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin "Albayrak Media Group" şirkəti arasında beynəlxalq informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişlənməsi, xəbərlərin xarici informasiya məkanına inteqrasiyasına yönəlmiş birgə Media Layihəsinin işə salınması üçün hazırlıq gedir.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib FOTO
Son.az Trend-ə istinadən bildirir ki, hazırda yeni layihənin işə salınması ilə bağlı müasir rəqəmsal platformanın sınaqları başa çatır.
Layihə hər iki ölkədən xəbərlərin daha geniş miqyasda yayılmasını təmin edəcək.
Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Trend BİA və "Albayrak Media Group" birgə əməkdaşlıq platformasının yaradılması ilə bağlı razılıq əldə ediblər. Bununla bağlı, İstanbul şəhərində Niyyət Protokolu imzalanıb. Protokola görə ilk dəfə olaraq Azərbaycan və Türkiyə müstəqil media qurumları arasında müasir texnologiyalara əsaslanan media platformasının yaradılması planlaşdırılır.
"Albayrak Media Group"un daxil olduğu "Albayrak" holdinqinin İdarə heyətinin sədri Ahmet Albayrakla görüş zamanı Trend BİA-nın Baş direktoru İlqar Hüseynov və Milli Məclisin deputatı Sevil Mikayılova gələcək birgə əməkdaşlığın ümumi strategiyasını müzakirə ediblər.
Qeyd edək ki, "Albayrak Group" 1952-ci ildə yaradılıb. "Albayrak Group"un tərkibinə daxil olan "Albayrak Media Group" 1995-ci ildən Türkiyə mediasında fəaliyyət göstərir. "Yeni Şafak" qəzeti və "TVNET", eləcə də "Derin History", "Z Report", "Lokma", "Gender", "Skyroad", "Bilge Cocuk" və "Bilge Minik" ilə yanaşı, aylıq "Post Öykü" və həftəlik "Real Life" jurnalları ilə "Albayrak Media Group" media sektorunun liderləri arasındadır.
Son.az
"Şuşada "İsgəndər-M" raketinin qalıqlarının aşkar olunma

Aprel ayında ruslar üçün istirahət etməyə üçün ən ucuz yerlər müəy

TikTok istifadəçisi olan naməlum biri McDonald's işçilərinin müştər

Tanınmış şampan istahsalçısı "Dom Pérignon" yeni reklam kampan

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-t

Ağsu Maşın Qolu kanalına beton üzlük vurulur, qurğuları sazlanır

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurası yerli

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psix

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konven

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pand

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasın

Yaponiyada Kioto universitetinin həkimləri koronavirus infeksiyasını ağır
