Ledi Qaqa məşhur şampan şərabının siması oldu


Şou-biznes 08 Apr 2021 13:34:00 131 0

Ledi Qaqa məşhur şampan şərabının siması oldu

Tanınmış şampan istahsalçısı "Dom Pérignon" yeni reklam kampaniyasına start verib.

Son.az oxu-az-a istinadən xəbər verir ki, Ledi Qaqa şirkətin yeni siması qismində çıxış edib. Məşhur ifaçı müvafiq foto və video materialları özünün "Instagram" hesabında paylaşıb.

Reklam kampaniyası "Yaradıcı azadlıq gücdür" şüarı altında keçirilir.

Çəkilişlər britaniyalı fotoqraf Nik Nayt tərəfindən aparılıb.