ABŞda atışma:


Dünya 08 Apr 2021 13:19:00 131 0

ABŞda atışma:

ABŞ-da atışma zamanı ikisi uşaq olmaqla 5 nəfər öldürülüb.

Son.az APA-ya istinadən bildirir ki, silahlı insident ötən gün Cənubi Karolina ştatının Rok-Xill şəhərində yerləşən evlərdən birində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində tanınmış 70 yaşlı həkim Robert Lesli, onun 69 yaşlı həyat yoldaşı Barbara Lesli və iki azyaşlı nəvəsi, eyni zamanda, onların evində çalışan bir nəfər öldürülüb.

Bundan başqa, ağır güllə yarası almış daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.