Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb


Dünya 08 Apr 2021 12:59:00 113 0

Yaponiyada koronavirusa yoluxmuş xəstəyə ağciyər köçürülüb

Yaponiyada Kioto universitetinin həkimləri koronavirus infeksiyasını ağır şəkildə keçirmiş xəstəyə dünyada ilk dəfə ağciyər köçürülməsi üzrə əməliyyat keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat olunan qadın ötən ilin sonunda virusa yoluxub və xəstəlik müddətində süni aparata qoşulmaqla müalicə olunub.

Xəstəlik nəticəsində qadının ağciyərlərinin bir hissəsi ciddi ziyan görüb. Həmin qadının həyat yoldaşı və oğlu donor qismində çıxış edib.

Ağciyər köçürülməsi əməliyyatı 11 saat davam edib və uğurla başa çatıb.