Səbinə Əliyeva TBMM sədri Mustafa Şəntopla görüşüb FOTO


Siyasət 08 Apr 2021 12:44:00 64 0

Səbinə Əliyeva TBMM sədri Mustafa Şəntopla görüşüb  FOTO

İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Türkiyə Respublikasına rəsmi səfəri davam edir.

Ombudsman Aparatından Son.az-a bildirilib ki, səfər çərçivəsində Səbinə Əliyevanın Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) sədri Mustafa Şəntop, TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının rəhbəri Hakan Çavuşoğlu, Müraciətlər üzrə Komissiyasının rəhbəri Mihrimah Belma Satır və bir sıra millət vəkilləri ilə görüşü baş tutub. Görüş zamanı Mustafa Şəntop iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Müharibə dövründə nümayəndə heyəti ilə birgə Azərbaycana rəsmi səfər etdiyini, Ermənistan tərəfindən mülki şəxslərə qarşı insanlıq əleyhinə törədilən cinayətlərin şahidi olduğunu bildirib.

TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyanın rəhbəri Hakan Çavuşoğlu komissiyanın fəaliyyəti, insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verib. H.Çavuşoğlu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyə Cümhuriyyətinin mənəvi və siyasi dəstək göstərdiyini, qardaş Türkiyə xalqının hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.

Görüşdə iştirak edən Türkiyə parlamentinin rəsmiləri Azərbaycan xalqını qazanılmış zəfər münasibətilə ürəkdən təbrik edərək bu tarixi zəfərin bütün türk dünyasının qələbəsi olduğunu, türk dünyası adına qürur duyduqlarını bildiriblər.

Səbinə Əliyeva Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə dövlətinin Azərbaycanın yanında olduğunu, ölkəmizin haqq işinə öz dəstəyini göstərdiyini ifadə edib. Azərbaycan Ombudsmanı Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Gəncə şəhərində faktaraşdırıcı missiyanın həyata keçirildiyini, yerində araşdırmalar zamanı toplanmış faktlar əsasında Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş insan hüquqları pozuntularına dair hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara göndərildiyini nəzərə çatdırıb.

Ombudsman Səbinə Əliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, o cümlədən Ombudsmanın bu sahədə parlamentlə əməkdaşlığı barədə geniş məlumat verib.

Görüşdə TBMM-in İnsan Hüquqları üzrə Araşdırma Komissiyasının üzvləri, millət vəkilləri Atay Uslu, Osman Nuri Gülaçar, Oya Eronat, Pakize Mutlu Aydemir, Mehmet Bülent Karataş, Servet Ünsal, Müraciətlər üzrə Komissiyasının üzvləri, millət vəkilləri Fehmi Küpçü, Mustafa Kendirli, Arzu Aydın çıxış ediblər. Millət vəkilləri Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə danışaraq, bunun "bir millət, iki dövlət" ifadəsinin təzahürü olduğunu vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə müzakirə aparılıb.

"Gələcəkdə Azərbaycan Prezidenti ilə bağlı bu nüansa diqqət yetirəcəklər" like
  • 08 Apr 12:43  
Siyasət "Gələcəkdə Azərbaycan Prezidenti ilə bağlı bu nüansa diqqət yetirəcəklər"

"Azərbaycan pandemiyaya qarşı milli təcrübədə apardığı mübarizə

arrow Ətraflı
Ermənistana beynəlxalq təzyiqləri artıraraq mina xəritələrini verməsinə nail ola bilərik like
  • 08 Apr 12:42  
Siyasət Ermənistana beynəlxalq təzyiqləri artıraraq mina xəritələrini verməsinə nail ola bilərik

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) minalanmış ərazilərin xəritəsin

arrow Ətraflı
Vaksinasiya davam edir like
  • 08 Apr 12:39  
Digərləri Vaksinasiya davam edir

Rayonda təhsil işçilərinin peyvənd edilməsinə başlanılıb

arrow Ətraflı
"Sağ qalmaq üçün dostlarımın cəsədini yedim" like
  • 08 Apr 12:34  
Dünya "Sağ qalmaq üçün dostlarımın cəsədini yedim"

49 il əvvəl  baş verən təyyarə qəzasında sağ qalan Cose  Luis ingilis

arrow Ətraflı
Zirvələrdə qərarlaşan qəhrəman like
  • 08 Apr 12:29  
Digərləri Zirvələrdə qərarlaşan qəhrəman

Seymur Ələsgərov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub

arrow Ətraflı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı like
  • 08 Apr 12:25  
Siyasət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu ilin oktyabr ayın

arrow Ətraflı
Bakıda şok hadisə: like
  • 08 Apr 12:24  
Digərləri Bakıda şok hadisə:

Bakıda iki azyaşlı bacı zorlanıb.

arrow Ətraflı
Bu gün İƏT baş katibi Azərbaycana gələcək like
  • 08 Apr 12:21  
Siyasət Bu gün İƏT baş katibi Azərbaycana gələcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əh

arrow Ətraflı
Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb like
  • 08 Apr 12:14  
Dünya Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb

Hindistanda böcək sürüsü Karimnaqar-Heydərabad yolunda tıxaca səbəb olu

arrow Ətraflı
Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi like
  • 08 Apr 12:11  
Şou-biznes Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb like
  • 08 Apr 12:09  
Digərləri Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb

Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe aşkarkanıb.

arrow Ətraflı
Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub like
  • 08 Apr 12:08  
Digərləri Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub

Dünyanın ən məşhur dərgilərindən olan "Forbes" jurnalının ya

arrow Ətraflı
Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir like
  • 08 Apr 12:07  
Siyasət Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi dağıntıla

arrow Ətraflı
İsmayıllıda təhlükəli tapıntı like
  • 08 Apr 12:04  
Digərləri İsmayıllıda təhlükəli tapıntı

İsmayıllı rayonunun Keşqurd kəndindəki otlaq sahəsində şübhəli bağla

arrow Ətraflı