Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı


Siyasət 08 Apr 2021 12:25:00 72 0

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3cü toplantısı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçmişdir.

Azərbaycan tərəfi Türk Şurasına sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl səylər göstərir. 2020-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə iclası keçirilmişdir ki, bu iclas beynəlxalq təşkilatların pandemiyaya həsr olunmuş və dövlət başçıları səviyyəsində keçirilmiş ilk iclası idi.

Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın təşkilata sədrliyi dövründə indiyə kimi nəqliyyat, səhiyyə, iqtisadiyyat, gömrük, miqrasiya, energetika və turizm sahələrində məsul nazirlərin iclasları təşkil olunmuşdur. 

Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biri də informasiya və media sahəsində əməkdaşlıqdır.

Türk Şurasının 2014-cü ilin iyun ayında Bodrumda keçirilmiş IV Zirvə Görüşündə təşkilat çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq prosesinin başladılmasına dair dövlət başçıları tərəfindən verilmiş göstərişə uyğun olaraq, 2015-ci ilin avqust ayında Astanada Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 1-ci toplantısı keçirilmişdir.

Türk Şurasının 2015-ci ilin sentyabrında Astanada keçirilmiş V Zirvə Görüşünün mövzusu informasiya və media sahəsində əməkdaşlıq olmuşdur.

2019-cu ilin may ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilmişdir.

Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş VII Zirvə Görüşünün yekun Bəyannaməsində informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, milli televiziya kanalları və xəbər agentlikləri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Azərbaycanın Türk Şurasına sədrliyini nəzərə alaraq, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının 10 aprel 2021-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır. Toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaqdır.

Toplantı çərçivəsində Azərbaycana səfər edəcək nümayəndə heyətləri və onların rəhbərləri:

Türkiyə Respublikası - Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun;

Qırğız Respublikası - Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev;

Özbəkistan Respublikası - Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev;

Qazaxıstan Respublikası - İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov;

Macarıstan - Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray;

Türk Şurasının Katibliyi - Baş katib Bağdat Amreyev.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaqdır.

Tədbirin 3-cü günündə aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

Bakıda şok hadisə: like
  • 08 Apr 12:24  
Digərləri Bakıda şok hadisə:

Bakıda iki azyaşlı bacı zorlanıb.

arrow Ətraflı
Bu gün İƏT baş katibi Azərbaycana gələcək like
  • 08 Apr 12:21  
Siyasət Bu gün İƏT baş katibi Azərbaycana gələcək

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əh

arrow Ətraflı
Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb like
  • 08 Apr 12:14  
Dünya Hindistanda həşərat sürüsü yolda tıxac yaradıb

Hindistanda böcək sürüsü Karimnaqar-Heydərabad yolunda tıxaca səbəb olu

arrow Ətraflı
Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi like
  • 08 Apr 12:11  
Şou-biznes Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb like
  • 08 Apr 12:09  
Digərləri Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb

Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe aşkarkanıb.

arrow Ətraflı
Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub like
  • 08 Apr 12:08  
Digərləri Reyhan ABŞın bir neçə nüfuzlu universitetinə qəbul olub

Dünyanın ən məşhur dərgilərindən olan "Forbes" jurnalının ya

arrow Ətraflı
Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir like
  • 08 Apr 12:07  
Siyasət Ermənilərin törətdikləri insanlığa, ətraf mühitə qarşı cinayətdir

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi dağıntıla

arrow Ətraflı
İsmayıllıda təhlükəli tapıntı like
  • 08 Apr 12:04  
Digərləri İsmayıllıda təhlükəli tapıntı

İsmayıllı rayonunun Keşqurd kəndindəki otlaq sahəsində şübhəli bağla

arrow Ətraflı
Xaçmazda evi tərk edən koronavirus xəstəsi saxlanılıb like
  • 08 Apr 11:59  
Digərləri Xaçmazda evi tərk edən koronavirus xəstəsi saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbir

arrow Ətraflı
Ağdamda bütün yaşayış məntəqələri və məscidlərin dağıdılmasının şahidi olduq like
  • 08 Apr 11:55  
Siyasət Ağdamda bütün yaşayış məntəqələri və məscidlərin dağıdılmasının şahidi olduq

Azərbaycanın işaldan azad edilmiş ərazilərində böyük dağıntıların

arrow Ətraflı
Özünü istənilən məşhura bənzədə bilir like
  • 08 Apr 11:54  
Şou-biznes Özünü istənilən məşhura bənzədə bilir

Animasiya personajlarını, film dünyasından sənətçilərin obrazlarını t

arrow Ətraflı
Qarabağla bağlı fəaliyyət planı hazırlanmalıdır like
  • 08 Apr 11:52  
Siyasət Qarabağla bağlı fəaliyyət planı hazırlanmalıdır

Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri bir təşkilat olar

arrow Ətraflı
Hərbçilərimiz üçün praktiki tədbirlər keçirilir  FOTO like
  • 08 Apr 11:48  
Digərləri Hərbçilərimiz üçün praktiki tədbirlər keçirilir FOTO

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İde

arrow Ətraflı
Bütün İslam dünyası Azərbaycanın yanında olacaq like
  • 08 Apr 11:47  
Siyasət Bütün İslam dünyası Azərbaycanın yanında olacaq

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycana öz səmimi dəstəyini

arrow Ətraflı