Bu il büdcəyə vergi daxilolmaları 2 milyard manatı ötüb


Digərləri 08 Apr 2021 11:30:00 144 0

Bu il büdcəyə vergi daxilolmaları 2 milyard manatı ötüb

2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2085,73 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, proqnoza 121,1% əməl edilib:

"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 milyon manatdan çox olub ki, bunun da 211,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür".