Latviya şirkətlərindən Azərbaycana


Digərləri 08 Apr 2021 10:27:00 121 0

Latviya şirkətlərindən Azərbaycana

Latviya şirkətləri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində tikinti və bərpa layihələrinə maraq göstərir.

Son.az bildirir ki, bunu Trend-ə Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.

O bildirib ki, hazırda Latviya səfirliyi Riqadakı tərəfdaşları ilə birlikdə yerli şirkətlərin Azərbaycanın azad edilmiş ərazlərinin bərpası prosesi barədə məlumatlandırılması ilə məşğuldur:

"Latviya şirkətlərinə təqdim olunan məlumat "yaşıl energetika" zonalarının yaradılmasını, yeni infrastrukturun və hava limanlarının tikintisini, bina və tikililərin layihələndirilməsini, eləcə də tarixi və mədəni abidələrin bərpasını əhatə edir. Bir sıra şirkətlər artıq maraq göstərib, tikinti və bərpa kimi sahələrdə biznes təkliflərini irəli sürüb. Səfirlik azad edilmiş ərazilərin bərpa prosesini izləyir və bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanları müəyyənləşdirməyə çalışır".