“Rus əsgəri ilə son gülləyə qədər döyüşəcəyəm”


Dünya 08 Apr 2021 09:44:00 123 0

“Rus əsgəri ilə son gülləyə qədər döyüşəcəyəm”

"Rus desantçılarını güllələməyə hazıram".

Son.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu ölkənin eks-prezidenti və Üçtərəfli Təmas Qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk bildirib.

O, "Ukrayna 24" telekanalının efirində Dmitri Qordona verdiyi müsahibəsində belə bir açıqlama verib. "Rusiya bayraqlı paraşütçülər ölkəmin ərazisinə enərsə, onlara mütləq atəş açaram".

Siyasətçinin sözlərinə görə, evində təyinatı üzrə istifadə edəcəyi silahı var. Üstəlik, artıq "silah təmizlənib və döyüşə hazırlanıb".

Eks-prezident deyib: "Düşməni görəndə, silaha sarılacaq və sonuncu gəlləyə qədər onunla vuruşacağam. Düşmən görünən kimi onu öldürəcəyəm. Bundan sonra nə olacaq, artıq mənim üçün maraqlı deyil, amma onu mütləq öldürəcəyəm".