Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər


Digərləri 08 Apr 2021 09:09:00 133 0

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər

Koronavirusa yoluxma sayı günü-gündən artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında bildirilib ki, son bir həftədə dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb. Vurğulanıb ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub.

Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVİD-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.

Azərbaycanda da həm yoluxma sayı, həm də virusdan ölənlərin sayı artıb. Ötən günün  koronavirus statistikasına nəzər salsaq görərik ki, 2595 nəfər virusa yoluxub, koronavirusa yoluxan 37 nəfər isə vəfat edib.

Demək olar ki, sərt karantin rejiminin bir addımlığındayıq.

Ölkəmizdə vaksinasiya prosesi də davam etdirilir. Əhali arasında isə hələ də peyvənd olunmaq istəməyənlər var. Bu arada vaksin olunanlar üçün  "SMS icazə" tətbiq olunmaya bilər. Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu vurğulayıb. İnsanlar niyə peyvəndləmədən yayınır?

Vaksin olunanlara nə kimi güzəştlər ediləcək?

Son.az bildirir ki, "Yeni Müsavat" bu və digər suallarla bağlı ekspertlərə müraciət edib.